U-17 millimiz son oyunda da məğlub oldu
24.02.2024 - 14:21
![U-17 millimiz son oyunda da məğlub oldu](https://apasport.az/storage/news/2024/february/24/big/65d9c0991e01e65d9c0991e01f170876943365d9c0991e01c65d9c0991e01d.jpeg)
U-17 millimiz Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, Tacikistanla qarşılaşan millimiz rəqibə 3:1 məğlub olub.
17 yaşadək futbolçulardan ibarət yığmamız qrup mərhələsində Rusiyaya (0:1), Belarusa (0:2) və Özbəkistana (0:2) uduzub.
Komandamız beynəlxalq turnirdə sonuncu olub.
0
0