UEFA Gənclər Liqası: "Sabah" darmadağın oldu - YENİLƏNİB
23.10.2024 - 23:03
![UEFA Gənclər Liqası: "Sabah" darmadağın oldu - YENİLƏNİB](https://apasport.az/storage/news/2024/october/23/big/671894cb1e4fe671894cb1e4ff1729664203671894cb1e4fc671894cb1e4fd.jpg)
Azərbaycanın UEFA Gənclər Liqasındakı təmsilçisi “Sabah” bu gün Çempionlar yolunun II təsnifat mərhələsində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, “Sabah”ın U-19 komandası İsveçrədə yerli “Bazel” kollektivinin qonağı olub.
Təmsilçimiz üçün görüş yaxşı keçməyib. Komandamız 0:6 hesabı ilə məğlub olub.
Bu komandalar arasında cavab matçı noyabrın 6-da Bakıda baş tutacaq.
23 oktyabr
“Bazel” (İsveçrə) – “Sabah” 6:0
St. Yakob-Park stadionu. Saat 21:00
Baş hakim: Patrik Kolarić
Baş hakimin köməkçiləri: Luka Pajić, Ivan Starčević (hamısı Xorvatiya)
Dördüncü hakim: Hajrim Qovanaj (İsveçrə)
0
0