11 gündən sonra komandasına qayıtdı
12.09.2023 - 18:00
![11 gündən sonra komandasına qayıtdı](https://apasport.az/storage/news/2023/september/12/big/65003c193e81965003c193e81a169451420165003c193e81765003c193e818.png)
İtaliyada “Udineze” heyətini gücləndirməyə davam edir.
Apasport.az saytı xəbər verir ki, iyulun 1-də klubdan ayrıldığını açıqlayan Roberto Pereyra yenidən köhnə-yeni komandasına qayıdıb.
32 yaşlı argentinalı futbolçu udinelilərlə 2024-cü ilin iyun ayına kimi müqavilə imzalayıb. A seriyası təmsilçisində 200 matçda 20 qol və 33 məhsuldar ötürməyə sahib olan futbolçu geri döndüyü üçün xoşbəxt olduğunu deyib.
Qeyd edək ki, Pereyra komandaya 2020-ci ildə İngiltərə “Uotford”undan transfer edilib.
0
0