![Urfan Abbasov 300-ə çatdı](https://apasport.az/storage/news/2024/september/16/big/66e7d4e1470e266e7d4e1470e3172646934566e7d4e1470e066e7d4e1470e1.jpg)
"Araz-Naxçıvan" klubunun futbolçusu Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib.
Futbolçu “Kəpəz”lə ev görüşündə (1:0) əvəzolunmadan meydanda olub. O, ölkə çempionatları tarixinə 300 və daha çox oyun keçirən 28-ci futbolçu kimi düşüb. Premyer Liqada 2011/2012 mövsümündə debüt edən müdafiəçi 3 klubun formasını geyinib.
Futbolçu “Qəbələ”də 248, “Səbail”də 47, “Araz-Naxçıvan”da 5 dəfə şans qazanıb.
Qeyd edək ki, 300 matçda 7 qola imza atan U.Abbasov Qəbələ təmsilçisində 5, paytaxt klubunda 2 dəfə fərqlənib.