Misli Premyer Liqasının XXVII turunda "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edib - 2:1.
Apasport.az xəbər verir ki, matçdan sonra muxtar respublika təmsilçisinin məşqçisi Vadar Nuriyevin mətbuat konfransı keçirilib.
"Oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Final oyunu kimi çıxmışdıq. Birinci hissə "Neftçi", ikinici hissə biz yaxşı oynadıq. Əvəzetmələrlə oyunu düzəltdik, qol da vurduq. Cinah oyunçularımız yox idi. Komandamızdan 2-ci hissədə razı qaldım. "Neftçi"ni təbrik edirəm".
- Bundan sonra avrokubok qatarının getdiyini demək olar?
- Deməzdim ki, getdi. Qarşıda 6 oyunumuz var. Rəqiblərimizin də oyunları olacaq. Tam demək olmaz ki, avrokuboklardan qopduq. Ola bilər ki, rəqiblərimiz də xal itirəcək.
- İlk hissədə rəqibə bu qədər qol epizodu verməyiniz nədən irəli gəlirdi?
- Dediyim kimi, cinah oyunçularımız yox idi. Paro cinah oyunçusu deyil. Ömər Buludov da sol cinah oyunçusu deyil. Ehtimal etmirdik ki, belə bir şey ola bilər. Amma oldu. Bruno Franko da zədəlidir. O da olsaydı, tamam başqa futbol oynayacaqdıq. Cinahda belə səhvlər etməyəcəkdik.
- Avropa Liqası: "Beşiktaş" darmadağınla liqa mərhələsinə yüksəldi - YENİLƏNİB
- “İrəvan”dan səfər qələbəsi, “Karvan”dan darmadağın
- “Buriram Yunayted” Ramilsiz növbəti mərhələyə adladı
- “Barselona” “Valensiya”nı kubokda da rahat buraxmadı
- Xankəndi-Bakı ultra marafonunun ikinci mərhələsinin qalibi bəlli oldu