“Növbəti mərhələyə vəsiqəni tez həll etmək istəyirik. Bunun üçün də “Qarabağ”la keçiriləcək hər 2 qarşılaşmada qalib gəlməliyik”.
Apasport.az xəbər verir ki, bu sözləri Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso deyib
42 yaşlı ispan mütəxəssis Ağdam klubu ilə matçlarda qələbəni hədəflədiyini açıqlayıb: “Qarabağ” qrupumuzdakı əsas rəqiblərimizdəndir. Unutmayın ki, bu komanda ilk iki oyununda maksimum nəticə əldə edib. Hədəfimiz qruplarda növbəti mərhələyə vəsiqəni mümkün qədər tez əldə etməkdir. Bunun üçün “Qarabağ” səddini itkisiz keçməliyik”.
Qeyd edək ki, “Qarbağ”ın alman klubu ilə səfərdə keçiriləcək ilk qarşılaşması sabah Bakı vaxtı ilə 23:00-da start götürəcək.
- “Qarabağ”ın qələbəsi Azərbaycanın xal ehtiyatını artırdı
- "Omoniya"nın baş məşqçisi: "Növbəti mərhələyə vəsiqə qazanmağa biz daha layiq idik"
- Adil Şükürov: "Mənim üçün Premyer Liqada qalmaq önəmlidir"
- Millimizin üzvü: "Bura birinci yeri tutmaq və mərhələ adlamaq üçün gəlmişdik"
- Təmsilçilərimiz ilk görüşdə məğlub olublar