Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026 - 11:00
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Sentyabrın 12-dən 14-dək Bakıda yelkən idmanının Optimist və ILCA4 sinfi üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, ölkəmizlə yanaşı Türkiyədən də müxtəlif yaş kateqoriyalarında yelkənçilərin qatılacağı çempionat federasiyanın yelkən mərkəzində, “Ramada Hotel”in qarşısında, Şıxov çimərliyi ərazisində baş tutacaq.

Mübarizəyə hər gün saat 11:00-da start veriləcək. Mükafatlandırma mərasimi sentyabrın 14-də saat 18:00-da başlayacaq.

Açıq Azərbaycan çempionatının qalibləri diplom və medallarla mükafatlandırılacaqlar. Həmçinin bütün iştirakçılara sertifikatlar təqdim ediləcək. Fərqlənən idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar.