Libertadores kubokunun qrup mərhələsinin son turunun “Veles Sarsfild” – “Estudiantes” matçının favoriti bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu tanınmış ukraynalı ekspert Yevgeni Moravski açıqlayıb.
Proqnozsevərlər üçün etibarlı məsləhət mənbəyi olan mütəxəssis Argentinada baş tutacaq qarşılaşmanı dəyərləndirib. Moravski C qrupunun məğlubiyyətsiz liderinin bu turu da xalla başa vuracağı qənaətindədir:
“İlk dövrədəki oyunda “Estudiantes” rəqibini darmadağın edib. Onlar rəqib qapısına 4 qol vurublar.
“Veles” də qollar vurmaq üçün irəli atılacaq. Çünki hədəfə çatmaq üçün başqa yol yoxdur.
Məhz belə hücumlar da “Estudiantes”in işinə yarayacaq. Sürətli oyunu ilə seçilən komanda bu şansları əldən verməyəcək.
Matçın belə axarı heç-heçə vəd edir. Bu nəticədə meydan sahibləri paralel keçirilən qarşılaşmada “Braqantino”nun uduzmağına ümid etməlidir.
Proqnozum: “Estudiantes” səfərdə uduzmayacaq.
- Krakov-2023: Yığmamızdan məğlubiyyətlə start - YENİLƏNİB
- Azərbaycan yığması serbiyalı mütəxəssisə tapşırıldı
- Adil Şükürov: “Sabah” daha yüksək yerlərdən birində olmalı idi”
- "Kopenhagen"in baş məşqçisi: "Qarabağ" bura gəlib çıxmaq üçün uzun yol qət edib"
- ÇL-də həftənin oyunçusu adına namizədlər bəlli olub