Yığmamız biabırçı hesabla uduzdu
20.11.2022 - 21:12

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Samir Əliyevin yetirmələri hazırlıq çərçivəsində ikinci sınağına çıxıb.
İsveçlə qarşılaşan komandamız biabırçı hesabla uduzub. Rəqib millimizi 8:1 hesabı ilə darmadağın edib. Yığmamızın heyətində Mustafa Yıldırım fərqlənib.
Qeyd edək ki, milli ilk görüşdə Macarıstanla oynayıb və həmin qarşılaşmada da böyük hesabla uduzub – 0:3.
- Türkiyə klubu Qurban Qurbanovla maraqlanır
- NTD-nin basketbolçusu: “Abşeron”a qarşı oyunlar əsl döyüşə çevriləcək"
- Aspilikueta Yaponiyaya qəsdən uduzmaları barədə iddialara cavab verdi
- MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasının iclasında iştirak edəcəklər
- İsrail Avropa çempionatına ev sahibliyi edə bilməyəcək
0
0