Yığmamızda 261-ci futbolçu
20.11.2022 - 18:26
Azərbaycan millisində debüt gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, Ceyhun Nuriyev ilk dəfə ölkəmizin əsas komandasında forma geyinib.
“Sabah”ın yarımmüdafiəçisi yoldaşlıq görüşündə Şimali Makedoniya önünə 68-ci dəqiqədə meydana çıxıb. Ceyhun yığma tarixinə 261-ci kimi düşüb. Bunadək 285 matça çıxan millidə 260 futbolçu forma geyinib.
Qeyd edək ki, dörd gün əvvəl Moldova ilə yoldaşlıq görüşündə də (2:1) müdafiəçi Bəxtiyar Həsənalızadə millidə debüt edib.
- Bu gün matça çıxmalı olan hakimlər içkili halda saxlanılıb
- "Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib - FOTO
- De Byazi: "Uzaq məsafədən gəldiyi üçün Antonun hazır olmadığını düşündük"
- Əfran İsmayılov: "Onun olmaması "Qarabağ" üçün böyük itkidir" - Müsahibə
- Azər Bağırov: "Futbolçu meydanda mübarizə aparırsa, səhv etməlidir"
0
0