Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Zirə” bu gün növbəti yoxlama matçını keçirib.
Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İordaniyanın “Əl-Hüseyn” klubu ilə qüvvəsini sınayıb.
Fanatik Tur Meydançalarında baş tutan qarşılaşmada “Zirə” rəqibini məğlub edib -1:0.
Yeganə qolu 45-ci dəqiqədə Brahim Konate vurub.
Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən üstün olub – 2:1.
“Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
- 50 illik seriya bitdi - Almaniya penaltilərdə uduzdu
- Bu gün Qubada beynəlxalq basketbol turniri başlayacaq
- Cerrard “Liverpul”a çempionluq hədiyyə edə biləcəkmi? - Premyer Liqada mövsüm bitir
- "Qarabağ" - "Ayaks" oyununu sloveniyalı hakim idarə edəcək
- Dünya mediası "Qızıl top" barədə nə düşünür? - ARAŞDIRMA