"Zirə" - "Omoniya" matçının biletləri bu gün satışa çıxarılacaq
27.08.2024 - 12:12
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Zirə” və “Omoniya” (Kipr) klubları arasında keçiriləcək cavab qarşılaşmasının biletləri bu gün satışa çıxarılacaq.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun 2, 5, 10 və 20 manat təşkil edəcək.
Azarkeşlər biletləri Zirə İdman Kompleksinin və matçın keçiriləcəyi “Dalğa Arena”nın kassalarından ala bilərlər.
Qeyd edək ki, "Zirə" - "Omoniya" görüşü avqustun 29-u, saat 20:00-da start götürəcək.
- “Mançester Yunayted”in ardınca addımlayan “Qarabağ” - STATİSTİKA
- “Şamaxı”nın ev kabusu: Bu mövsüm üçüncü dəfə böyük hesabla uduzdu
- Cüdoçularımız Avropa çempionatına hazırlaşır
- Fransa klubunun sahibi həbs edildi - Səbəb
- Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO
0
0