"Zirə" UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edib.
22.07.2025 - 21:06

Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) qarşılaşacaq “Zirə” UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edib.
Klubdan apasport.az-a verilən məlumata görə, siyahıda Vinsent Tilli Yeqor Boqomolski əvəz edib.
Bundan başqa "qartallar" B listini də əlavə edib. Siyahıda Səlim Həşimov, Yusif Hacıyev, Ramiz Muradov, Əhliman Süleymanzadə yer alıb.
0
0