ABL: “Naxçıvan” “Quba”nı məğlub edib
19.12.2025 - 21:35
ABL: “Naxçıvan” “Quba”nı məğlub edib

Azərbaycan Basketbol Liqasında X turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, B qrupunun matçında "Quba" "Naxçıvan"la üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilən oyun Naxçıvan təmsilçisinin 78:69 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, tura dekabrın 21-də yekun vurulacaq.