ABL: "Sabah" növbəti oyununa çıxır
17.01.2025 - 09:38
![ABL: "Sabah" növbəti oyununa çıxır](https://apasport.az/storage/news/2025/january/17/big/6789ecccd58016789ecccd580217370923006789ecccd57ff6789ecccd5800.jpg)
Azərbaycan Basketbol Liqasında XI tura bu gün start veriləcək.
Apasport.az xəbər verir ki, günün yeganə oyununda "Sabah" "Sərhədçi" ilə üz-üzə gələcək.
Qarşılaşma saat 19:00-da başlayacaq. "Bayquşlar" A qrupunda 18 xalla ikinci, "Sərhədçi" 15 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər matçları yanvarın 18-19-da keçiriləcək.
0
0