ABL: VI turun daha bir oyunu keçirilib
13.12.2024 - 17:22

Azərbaycan Basketbol Liqasının VI turunun daha bir oyunu keçirilib.
Apasport.az xəbər verir ki, A qrupunda qərarlaşan "Abşeron" NTD ilə üz-üzə gəlib.
Qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb - 89:75.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Abşeron" üçüncü pilləyə yüksəlib. NTD 7 xalla 5-ci sıradadır.
Qeyd edək ki, əvvəlki qarşılaşmalarda "Naxçıvan" "Neftçi"ni (83:72), "Sabah" "Sərhədçi"ni (67:64), "Ordu" "Sumqayıt"ı (115:81) məğlub edib. VI tura dekabrın 14-də iki görüşlə yekun vurulacaq.
- Qurban Qurbanov: “Futbolçularım qalib gəlmək üçün ən yaxşısını etməyə çalışdılar”
- Sahil Babayev: "Azərbaycan çempionatına titulundan asılı olmayaraq hər bir boksçu qatılacaq"
- Azərbaycan idmançıları dünyada 58-ci: Yalnız BOKS
- Millimizin mövqeyi dəyişməyib
- "Milan" portuqaliyalı baş məşqçi ilə müqavilə imzalayıb
0
0