Azərbaycanlı məşqçidən ilk
22.08.2025 - 15:53
Basketbol üzrə U-12 Liqasında "Ordu" klubunun baş məşqçisi olan, eyni zamanda Bakı Basketbol Akademiyasında məşqçilik edən Ləman İbrahimova Macarıstan İdman Elmləri Universitetində təşkil olunan Beynəlxalq Məşqçilik Kursuna qəbul olunub.
Apasport.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
O, adıçəkilən universitetdə kursa qəbul olunan ilk azərbaycanlı məşqçidir.
Qeyd edək ki, proqram Beynəlxalq Olimpiya Komitəsinin “Olympic Solidarity” dəstəyi ilə həyata keçirilir.
- "Sabah" onu əldən buraxmaq istəmir: Braziliyalıya 1 illik təklif
- “İnter” Kontedən sonra ilk dəfə A Seriyasında ardıcıl 9 qələbə qazanıb
- Braziliya klubu "Fənərbaxça"nın yarımmüdafiəçisinə ELÇİ DÜŞDÜ
- ÇL: Ev sahibləri qalib gəldi, qonaqlar mərhələ adladı - YENİLƏNİB
- Rusiyalı güləşçilər Parisə yollanmayacaq
0
0