FİBA-nın baş katibi ilə görüş keçirilib
25.04.2025 - 15:54

FİBA-nın baş katibi Andreas Zaqklis Azərbaycan Basketbol Federasiyasının (ABF) əməkdaşları ilə görüşüb.
Apasport.az xəbər verir ki, qurum rəhbəri onların gündəlik fəaliyyəti və iş prosesi ilə yaxından tanış olub.
FİBA rəsmisi Azərbaycan basketbolunun inkişafını yüksək qiymətləndirib və ABF əməkdaşlarının basketbolun ölkədə daha geniş yayılması və peşəkar səviyyədə inkişafı istiqamətində səylərini və görülən tədbirləri müsbət dəyərləndirib.
ABF əməkdaşları ilə söhbət edən Zaqklis onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
- Millimiz "Airom Cup" beynəlxalq turnirində çempion olub
- “Qarabağ”ın təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan futbol turniri keçirilib - FOTO
- Cüdoçumuz Fransada keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək
- Kvirkveliya: “1500 mesaj yazıblar ki, "Neftçi"yə keçidin doğrudurmu?"
- Juninyo: "Braziliyada olduğum üçün çox xoşbəxtəm" - VİDEO
0
0