"Gəncə"dən əzmkar qələbə
01.12.2024 - 16:40
!["Gəncə"dən əzmkar qələbə](https://apasport.az/storage/news/2024/december/01/big/674c5984c9a56674c5984c9a571733056900674c5984c9a4c674c5984c9a55.jpg)
Azərbaycan Basketbol Liqasında IV tura vurulub.
Apasport.az xəbər verir ki, bu gün B qrupunun daha 1 oyunu baş tutub.
"Gəncə" "Şəki" ilə qarşılaşıb. Qərblilər görüşdə geridönüş ediblər. Meydan sahibləri 3 xal fərqi ilə qalib gəliblər.
Qeyd edək ki, turun açılış matçında “Naxçıvan” səfərdə “Abşeron”a 72:68 hesabı ilə qalib gəlib. “Lənkəran” doğma meydanda “Ordu”ya 55:92 hesabı ilə uduzub. "Sabah" NTD-yə 110:86, "Quba" isə "Sumqayıt"ı 97:83 hesabı ilə məğlub edib.
Azərbaycan Basketbol Liqası
IV tur
B qrupu
14:00. “Gəncə” – “Şəki” - 78:75 (14:18, 16:27, 22:11, 26:19)
Gəncə OİK
0
0