Millimiz Olimpiya Təsnifat turnirində yarımfinala vəsiqə qazanıb
13.04.2024 - 12:42
![Millimiz Olimpiya Təsnifat turnirində yarımfinala vəsiqə qazanıb](https://apasport.az/storage/news/2024/april/13/big/661a43ecca93c661a43ecca93d1712997356661a43ecca93a661a43ecca93b.jpg)
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində yarımfinala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, yığma buna B qrupunun II tur matçında Monqolustana qalib gəlməklə (13:12) nail olub.
Ötən gün Çilini məğlub edən (17:14) komanda III turda Niderlandla görüşəcək. Bu matç qrup liderini müəyyənləşdirmək üçün əhəmiyyətli olacaq.
Qeyd edək ki, yarımfinal və həlledici matçlar aprelin 14-də baş tutacaq. Honkonqdakı turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.
0
0