Gənclərimiz Avropa Çempionatına yollanıb
12.07.2024 - 10:56
![Gənclərimiz Avropa Çempionatına yollanıb](https://apasport.az/storage/news/2024/july/12/big/6690d36c8ba456690d36c8ba4617207673406690d36c8ba416690d36c8ba43.jpeg)
Basketbol üzrə U-20 millimiz Avropa çempionatında mübarizəyə başlayır.
Apasport.az xəbər verir ki, Rumıniyanın Piteşti şəhərində 20 yaşlı oğlanlar arasında Avropa çempionatının “B” divizionunun oyunları baş tutacaq.
B qrupunda qərarlaşmış yığmamız Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya komandalarına qarşı mübarizə aparacaq.
İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi Azərbaycan qrupdakı ilk oyununu 12 iyulda Bakı vaxtı ilə saat 21:30-da Portuqaliyaya qarşı keçirəcək.
Qeyd edək ki, Avropa çempionatı iyulun 21-də yekunlaşacaq.
0
0