"Quba”nın amerikalı basketbolçusu Jalen Reynolds klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, Jalen bölgə təmsilçisinə keçidini dəyərləndirib:
“Quba”ya keçidim yaxşı və rahat oldu. Bu mənim legioner həyatı yaşadığım ilk klubdur və ABŞ-dən fərqlidir. Amma düşünürəm ki, buna öyrəşəcəyəm. Bütün diqqətimi Bakıdakı tapşırığa yönəltmişəm, “Quba”ya xeyir vermək istəyirəm. “Gəncə” ilə matçda debüt edə bilərəm. Həmin oyunu səbirsizliklə gözləyirəm. Komandaya kömək etməyə çalışacağam”.
Qeyd edək ki, "Quba" hazırda Azərbaycan Basketbol Liqasının B qrupunda 14 xalla beşinci pillədə qərarlaşıb.
- Aslan Kərimov: “Onların büdcəsi "Qarabağ"ınkı qədər olsa, ağdamlılar bu cür lider olası deyil” - MÜSAHİBƏ
- "Neftçi" "Sivasspor"la görüşdə qələbə qazandı
- Türkiyə avarçəkəni: "Hədəfim 1000 metr məsafəyə yarışda birinci olmaqdır”
- "Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib - FOTO
- Yuri Vernidub: “Bu gün çox xoşbəxt insanam”