Kişilərdən ibarət basketbol millimiz məğlub olub
23.08.2024 - 16:16
![Kişilərdən ibarət basketbol millimiz məğlub olub](https://apasport.az/storage/news/2024/august/23/big/66c87c11cd24c66c87c11cd24d172441499366c87c11cd24a66c87c11cd24b.jpg)
Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, yığmamız C qrupundakı ilk görüşündə Niderlandla üz-üzə gəlib.
Milli komanda bu qarşılaşmadan 9:21 hesabı ilə məğlub ayrılıb.
Seçməmizin növbəti sınağı sabah meydan sahiblərinə qarşı olacaq. Görüş saat 19:15-də start götürəcək.
Qeyd edək ki, növbəti mərhələyə qruplarda ilk iki yeri tutan millilər yüksəlir.
0
0