Millimiz Dünya Çempionatının 1/4 finalında
05.06.2026 - 22:57
Millimiz Dünya Çempionatının 1/4 finalında
5 iyun 3x3 basketbol üzrə qadın millimiz Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Çempionatının play-in mərhələsində Litva seçməsinə qarşı oyuna çıxıb.
Apasport.az xəbər verir ki, qızlarımız əlavə vaxta gedən oyunda Litva millisinə 14:12 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, millimiz 1/4 finalda Almaniya seçməsi ilə qarşılaşacaq. Oyun 6 iyun Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.
0
0