AL: “Qarabağ” turu keçdi, rəqibi bəlli oldu - YENİLƏNİB
17.07.2026 - 01:49
AL: “Qarabağ” turu keçdi, rəqibi bəlli oldu - YENİLƏNİB

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib. 

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandasının qonağı olub. 

Qarşılaşma Reykyavikdəki "Torfnesvöllur" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürüb. 

Təmsilçimiz matça qolla başlayıb. 5-ci dəqiqədə Muaddib komandamızı önə keçirib: 1:0.

29-cu dəqiqədə Pedro Bikalyo hesabı 2:0 edib. 

İkinci hissəyə də fəal başlayan "Qarabağ" fərqi 3 topa çatdırıb. 57-ci dəqiqədə Zəkəriya Savo fərqlənib. 

Matç təmsilçimizin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Bu nəticədən sonra "Qarabağ" adını Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yazdırıb. Komandamızın bu turdakı rəqibi Bolqarıstanın ÇSKA Sofiya klubu olacaq. 

Avropa Liqası
I təsnifat mərhələsi
00:00. "Vestri" - "Qarabağ" 0:3

​​​​Qol: C. Muaddib, 5, P. Bikalyo, 29, Z. Savo, 57

İlk oyun: (3:0)

"Vestri":
Steinarsson, Qardarsson, Yohannsson, Edson Eduard, Eynarsson, Stensson, Haqbardsson, Eydal, Selven, Fall, Duah.

"Qarabağ":
Koxalski, Lanqa, Varkonyi, Hüseynov, Mateus Silva, Yankoviç, Pedro Bikalyo, Zubir, Kadi Borxes, Mouaddib, Savo.

Baş hakim: Marek Radina (Çexiya)