Millimiz Ermənistanı məğlub edərək qrup lideri oldu
25.07.2024 - 20:49
![Millimiz Ermənistanı məğlub edərək qrup lideri oldu](https://apasport.az/storage/news/2024/july/25/big/66a27ab17880c66a27ab17880d172192427366a27ab17880a66a27ab17880b.jpg)
Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin son qrup oyunu baş tutub.
Apasport.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin rəqibi Ermənistan seçməsi olub. Görüş millimizin 76-69 hesablı qələbəsi ilə yekunlaşıb.Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Derin Berköz (18 xal, 5 asist ) seçilib.
Qeyd edək ki, yığmamız bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb.
0
0