26 aprel "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 18-ci turunun üçüncü oyunu baş tutub.
Apasport.az xəbər verir ki, "Sərhədçi" və "Neftçi" klublarının qarşılaşdığı oyunu, "Neftçi" 73-69 hesablı qələbə ilə tamamlayıb. Bu qələbə ilə "Neftçi" klubu müntəzəm mövsümü 5-ci, pillədə tamamlayıb və pley-off 'da "Xırdalan" nın rəqibi olub. Müntəzəm mövsümü 6-cı sırada bitirmiş "Sərhədçi" isə, pley-off 'da "Xəzri" klubu ilə qarşılaşacaq.
Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Kaleb Hanter - 20 xal, 11 ribaund), "Neftçi" (Ceyms Haforn - 22 xal, 9 ribaund).
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında (ABL) pley-off oyunları may ayında start götürəcək
- Mbappe özünün Çempionlar Liqasındakı rekordunu yeniləyib
- "Dinamo" ev oyunlarını niyə Sumqayıtda keçirtmək istəyir?
- Misli Premyer Liqası: XXXIV turun oyun cədvəli
- Vurğun Hüseynov: "Belçikaya qarşı Bakıda keçirdiyimiz görüş mənim üçün unudulmazdı" - Müsahibə
- 450 qol vuran vunderkind “Siti”nin radarında