“Sabah”dan “Sumqayıt”a
27.10.2025 - 18:46
“Sabah”dan “Sumqayıt”a

“Sumqayıt” daha bir basketbolçunun keçidini reallaşdırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sumqayıt təmsilçisi müqavilə ilə “Sabah”a məxsus olan basketbolçu Hüseyn Qaflanovu icarəyə götürüb.

Qeyd edək ki, gənc basketbolçu karyerası ərzində “Real Madrid Academy”, “Valencia Basket Academy”, VKM, “Southern California Academy”, “DME Wisconsin” kimi klublarda çıxış edib.