Cordan Klarkson basketbol üzrə dünya çempionatında tarixi nəticəyə imza atıb.
Apasport.az-ın məlumatına görə, Filippin yığmasının üzvü İtaliya ilə görüşdə 23 xal toplayıb, 7 götürmə və 6 ötürmə ilə yadda qalıb.
Qarşılaşma İtaliya basketbolçularının 90:83 hesablı qələbəsi ilə başa çatıb. Oyunda göstərdiyi məhsuldarlıqla Klarkson dünya çempionatlarında ən yüksək nəticəyə imza atıb. O, turnirin ilk üç oyununda orta hesabla 20 xal toplayan və 5-dən az ötürmə etməyən basketbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, Klarksonun məhsuldarlığına baxmayaraq, Filippin yığması qrup mərhələsində hər üçü oyunu uduzaraq, qrupda sonuncu yeri tutub.
- Volkan Demirel Şenol Güneşlə görüşməkdən imtina etdi
- Hikmət Səmədov: "Bu cür tədbirlərin keçirilməsi Azərbaycan idmanı üçün çox önəmlidir"
- "Araz-Naxçıvan" "Zirə" qarşılaşmasının stadionu dəyişdi
- Dünya Kubokunda iştirak edəcək gimnastlarımız müəyyənləşib
- ÇL: "İnter"dən minimal hesablı qələbə, "Siti" səfərdə sülhə razılaşdı