Yokiçdən tarixi rekord
19.05.2023 - 22:50
![Yokiçdən tarixi rekord](https://apasport.az/storage/news/2023/may/19/big/6467c567af3ef6467c567af3f016845223436467c567af3ed6467c567af3ee.jpeg)
“Denver”in basketbolçusu Nikola Yokiç NBA pley-offunun tarixinə düşüb.
Apasport.az saytı xəbər verir ki, serbiyalı idmançı ardıcıl 4 oyunda tripl-dabl edən ilk oyunçu olub.
Nikola “Leykers”lə görüşdə 23 xal qazanıb, 17 götürmə və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun pley-offdakı nəticələri də kifayət yüksəkdir: orta hesabla 30,4 xal, 13,8 götürmə, 10,2 ötürmə.
Qeyd edək ki, “Denver” seriyada 2:0 öndədir.
0
0