Almaniya çempionu bu futbolçusunu satmayacaq
27.12.2022 - 22:17
![Almaniya çempionu bu futbolçusunu satmayacaq](https://apasport.az/storage/news/2022/december/27/big/63ab38ea3e92d63ab38ea3e92e167216561063ab38ea3e92963ab38ea3e92b.jpg)
"Bayern" müdafiəçisi Alfonso Deyvisin satışına veto qoyub.
Apasport.az xəbər verir ki, Münxen təmsilçisi 22 yaşlı oyunçunu komandanın liderlərindən hesab edir.
Klub futbolçu ilə 2025-ci ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmağa hazırlaşır.
Qeyd edək ki, kanadalı futbolçu bu mövsüm indiki komandasının heyətində 21 oyun keçirib, 3 qol vurub, 3 qolun ötürməsini verib.
0
0