Argentina 2026 Dünya Çempionatında
26.03.2025 - 09:48
DÇ-2026-nın daha bir iştirakçısı bəlli olub.
Apasport.az xəbər verir ki, Argentina yığması mundiala vəsiqə qazanan 4-cü komanda olub.
Lionel Skaloninin yetirmələri Cənubi Amerika zonası üzrə seçmə mərhələnin XIV turunda bu hüququ qazanıb. Bolviya və Uruqvayın qolsuz heç-heçəsi sayəsində Argentina DÇ-2026-ya bileti təmin edib.
Bunadək Yaponiya, Yeni Zelandiya və İran da mundiala vəsiqə qazanıb.
Qeyd edək ki, yarışın ev sahibləri ABŞ, Meksika və Kanada mundiala birbaşa vəsiqə ilə qatılacaq.
- Təmsilçimiz dünya çempionatında bürünc medal qazanıb
- Mahir oynamadı, komandası qələbə qazandı
- Çempionlar Liqası: "Barselona"dan qələbə, “Siti” yenə məğlub oldu - YENİLƏNİB
- Ayyub Allaş: “Onları tanımıram, amma yaxşı oğlanlardır” - MÜSAHİBƏ
- Qubada keçiriləcək Avropa Kubokunun püşkatma mərasimi baş tutub
0
0