Braziliyalı futbolçu “Betis”də qala bilər
20.03.2025 - 16:57
İspaniya La Liqası təmsilçilərindən "Real Betis" braziliyalı hücumçu Antonini daha bir mövsüm icarəyə götürməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda bununla bağlı "Mançester Yunayted"lə danışıqlar aparılacaq.
İspaniya təmsilçisi 25 yaşlı futbolçunun maaşının böyük bir hissəsini öz üzərinə götürməyə hazırdır.
"Qırmızı şeytanlar" isə yayda Antonini sataraq, transfer büdcəsi təşkil etmək niyyətindədir.
Qeyd edək ki, yanvardan icarə əsasında "Betis"də oynayan braziliyalı meydana çıxdığı 11 oyunda 4 qol, 4 assistlə yadda qalıb.
- "Fənərbaxça" 15 milyona transfer etdiyi futbolçunu göndərir
- Yaşar Vahabzadə: "Qarabağ"dan başqa çempionluğa oynayan klub yoxdur" - Müsahibə
- "Qarabağ” – “Neftçi” matçının başlama saatı açıqlandı
- Azər Bağırov: “Güclünün tərəfində olmağa nə var ki?”
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
0
0