Asensio sıradan çıxdı
09.09.2023 - 12:53
Marko Asensio növbəti matçda İspaniya millisinə kömək edə bilməyəcək.
Apasport.az saytı xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi AVRO-2024-ün seçmə mərhələsində Gürcüstanla keçirilən oyunda zədələnib.
Matçın 44-cü dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalan futbolçunun Kiprə qarşı oyunda forma geyməyəcəyi bildirilir. Ayağından zədə alan futbolçunun durumuna həkimlərin müayinəsindən sonra aydınlıq gələcək.
Qeyd edək ki, 8 qolun vurulduğu Gürcüstan – İspaniya qarşılaşması qonaqların 7:1 hesablı qələbəsi ilə başa çatıb.
- Şahruddin Məhəmmədəliyev: "Qazaxıstanla olduqca maraqlı oyun gedəcək" - Müsahibə
- Paris-2024: İspaniyanın finaldakı rəqibi bəlli oldu
- Rəşad Sadıqov: "Buraxdığımız səhvlər mövsümün sonunda həlledici olduğunu göstərdi" - VİDEO
- Hakan Yakın "İstanbulspor"dan ayrıldı
- Şəhriyar Məmmədyarov: “Qarabağ” adi komanda deyil“
0
0