![Blatter: “İran dünya çempionatından kənarlaşdırılmalıdır”](https://apasport.az/storage/news/2022/november/11/big/636e44933df3d636e44933df3e1668170899636e44933df3a636e44933df3c.jpg)
İran yığmasının Qətərdə keçiriləcək dünya çempionatına buraxılmasına qarşı çıxanlardan biri FIFA-nın sabiq prezidenti Zepp Blatterdir.
Apasport.az saytının məlumatına görə, isveçrəli keçmiş funksioner Asiya təmsilçisinin DÇ-2022-dən kənarlaşdırılmasının vacibliyini vurğulayıb.
Onun bu qənaətə gəlməsinə səbəb polis tərəfindən saxlanılan qadının ölümü ilə bağlı baş verən kütləvi etirazlardır: “İran dünya çempionatından kənarlaşdırılmalıdır. Əgər mən hələ də FIFA prezidenti olsaydım, şübhəsiz ki, İranı mundiala buraxmazdım”.
Qeyd edək ki, İran yığması DÇ-2022-də İngiltərə, ABŞ və Uelslə eyni qrupda yer alır. Komanda ilk oyununu noyabrın 21-də İngiltərəyə qarşı keçirəcək.