Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində 6 matç baş tutacaq.
Bunlardan beşi Çempionlar, biri Liqa yolu çərçivəsində keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” İsveçrədə “Sürix”in qonağı olacaq. Bu cütün qalibinin müəyyənləşdiyi dueldə “Ferensvaroş” “Slovan”ı qəbul edəcək.
Türkiyə “Fənərbaxça”sı Kiyev “Dinamo”sunu sınağa çəkəcək. İlk görüşdə qolsuz ayrılan rəqiblər Liqa yolunda tur adlamaq üçün mübarizə aparacaq.
⚽ 20:00. “Bodo Qlimt” – “Linfild”
(ilk oyun – 0:1)
⚽ 21:00. “Sürix” – “Qarabağ”
(ilk oyun – 2:3)
⚽ 21:00. “Fənərbaxça” – “Dinamo” K
(ilk oyun – 0:0)
⚽ 21:00. “Malmö” – “Jalgiris”
(ilk oyun – 0:1)
⚽ 22:30. “Slovan” – “Ferensvaroş”
(ilk oyun – 2:1)
⚽ 23:00. “Olimpiakos” – “Makkabi” H
(ilk oyun – 1:1)
- Sabiq "Fənər"li Yunanıstan klubuna keçib: Pelkas vətənində
- 5 şahmatçımız Avropa çempionatına qələbə ilə başladı
- “Qarabağ” Avropa Liqasında ən çox hücum edən komandadır
- Zion Patterson: "Neftçi" ilə matçda qələbə qazanacağımızı gözləyirəm"
- Taekvondo üzrə Azərbaycan çempionatının açılış mərasimi baş tutub - FOTO