Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, turu qalib başa vuran 4 komanda adını yarımfinala yazdırıb.
Ötən gün "Atletiko" və PSJ bunu etmişdisə, bu gün "Bavariya" və "Arsenal" da eyni uğura imza atıb.
Beləliklə, qitənin ən nüfuzlu futbol turnirində yarımfinal cütlükləri bəlli olub.
1/2 finalda "Atletiko Madrid" "Arsenal"a rəqib olub. Erkən final adlandıra biləcəyimiz cütlükdə isə "Bavariya" PSJ ilə finala vəsiqə uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk matçları 28 apreldə baş tutacaq. Cavab oyunları isə may ayının 5-də keçiriləcək.
- Şəhid övladları “Neftçi”nin düşərgəsində
- Krakov-2023: Azərbaycan 29-cu pillədə - MEDAL SİYAHISI
- Siyasət Əsgərov: "Əsas çatışmazlıq qol epizodlarından yararlana bilməməyimizdir"
- Montellanın taleyi müzakirə olunur – TFF-nin bazasına gəldi
- “Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər