![ÇL: “Seltik"dən darmadağın, "Borussiya"dan səfər qələbəsi - YENİLƏNİB](https://apasport.az/storage/news/2024/september/18/big/66ea8897d532b66ea8897d532c172664642366ea8897d532666ea8897d5329.jpg)
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turunun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, tarixində ilk dəfə turnirdə mübarizə aparan “Bolonya” azarkeşləri önündə “Şaxtyor”u (Donetsk) qəbul edib (0:0).
“Mançester Siti” birinci turda “İnter”i, PSJ isə “Jirona”nı sınağa çəkib. İki matçda ümumilikdə 1 qol vurulub. İngiltərədəki matçdan qol səsi çıxmayıb. PSJ isə 90-cı dəqiqədə arzuladığı qolu vura bilib: 1:0.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
18 sentyabr
20:45 "Bolonya" (İtaliya) – "Şaxtyor" (Donetsk, Ukrayna) 0:0
20:45 "Sparta" (Çexiya) – "Zalsburq" (Avstriya) 3:0
Kaan Kayrinen, 2, Viktor Olatunyi, 42, Qazim Laçi, 58
23:00 "Seltik" (Şotlandiya) – "Slovan" (Slovakiya) 5:1
23:00 "Brügge" (Belçika) – "Borussiya" (Dortmund, Almaniya) 0:3
23:00 "Mançester Siti" (İngiltərə) – "İnter" (İtaliya) 0:0
23:00 PSJ (Fransa) – "Jirona" (İspaniya) 1:0