Almaniya Futbol Assosiasiyası (DFB) millinin kapitanı Manuel Noyerin cəzalandırılmasından ehtiyatlanır.
Apasport.az saytının məlumatına görə, buna səbəb qapıçının dünya çempionatında “One Love” kapitanlıq sarğısında meydana çıxmaq niyyətində olmasıdır.
Assosiasiya sarğı məsələsində FIFA ilə anlaşmadığı üçün hakimlərin reqlamentə uyğun olaraq Noyerə Yaponiya ilə ilk oyundan (23 noyabr) əvvəl sarı vərəqə verməsindən qorxur. İkinci sarı isə 36 yaşlı qolkiperin bir oyunluq diskvalifikasiyasına səbəb ola bilər.
Qeyd edək ki, bir çox komandalar ayrı-seçkiliyə etiraz əlaməti olaraq “One Love” kapitanlıq sarğısından istifadə etmək niyyətindədir. FIFA-nın həmin yığmaları cərimələyəcəyi bildirilir.
- Qadınlar arasında Çempionlar Liqasının finalçıları bəlli oldu
- Elmar Baxşıyev: "Kubokda az da olsa şansımız var"
- “Qarabağ”ın sabiq futbolçusu: “Bu, Musa Qurbanlı və Ramil Şeydayev üçün xeyirli oldu”
- "Xilasedici"nin Çelenc Kubokunun 1/16 final mərhələsindəki oyunlarının tarixi bəlli olub
- Azərbaycandan ayrıldı, Hindistan klubu ilə anlaşdı