DÇ-2026: Almaniya hesabı bərabərləşdirdi - YENİLƏNİR
21.06.2026 - 01:31
DÇ-2026: Almaniya hesabı bərabərləşdirdi - YENİLƏNİR

2026-cı il dünya çempionatında E qrupunun II turunun oyunları keçirilir. 

Apasport.az xəbər verir ki, Almaniya millisi Fil Dişi Sahili ilə qarşılaşır. 

Toronto Stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Matçda hesabı 30-cu dəqiqədə Fil Dişi Sahili açılıb. Frank Kessie fərqlənib.

İlk hissə Afrika təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə bitib. 

Bundestim axtardığı qolu 68-ci dəqiqədə vurub. Deniz Undav almanların bərabərlik qoluna imza atıb. 

Hər iki komanda ilk turu qələbə ilə başa vurub. Almaniya Kurasaonu 7:1 hesabı ilə məğlub edib. Fil Dişi Sahili isə Ekvador üzərində minimal hesablı qələbə qazanıb - 1:0.

DÇ-2026
E qrupu, II tur
21 iyun
00:00. Almaniya - Fil Dişi Sahili 1:1

Qol: F. Kessie, 30, D. Undav, 68

Almaniya:
Noÿer, Kimmix, Tah, Şlotterbek, Braun, Pavloviç, Nmeça, Leroy Sane, Musiala, Virts, Haverts

Fil Dişi Sahili:
Fofana, Sinqo, Aqbadu, Kossounou, Konan, Kessie, Sanqare, Oulai, Bonni, Diomande, Diallo