DÇ-2026: İngiltərə və Polşadan qələbə- YENİLƏNİB
22.03.2025 - 01:54
DÇ-2026: İngiltərə və Polşadan qələbə- YENİLƏNİB

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 6 matç keçirilib. 

3 qrupda I turun görüşləri baş tutub. H, G və K qruplarında mübarizə başlayıb. 

İngiltərə Albaniyanı 2 qolla məğlub edib, Polşa isə son dəqiqələrdə vurduğu qolla Litvadan üstün olub. 

Bosniya çətin Rumıniya səfərindən qələbə ilə qayıtmağı bacarıb. Finlandiya isə eyni hesablı qələbə ilə Maltanı üstələyib. 

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi
I tur, 21 mart

H qrupu
21:00. Kipr – San Marino 2:0
23:45. Rumıniya – Bosniya və Herseqovina 0:1

G qrupu
23:45. Polşa – Litva 1:0
23:45. Malta - Finlandiya 0:1

K qrupu
23:45. İngiltərə - Albaniya 2:0
23:45. Andorra – Latviya 0:1