“Qarabağ”dan çempionluq yolunda kritik xal itkisi - YENİLƏNİB
20.03.2026 - 16:58
“Qarabağ”dan çempionluq yolunda kritik xal itkisi - YENİLƏNİB

Misli Premyer Liqasında XXV turun matçları davam edir.

Apasport.az xəbər verir ki, üçüncü oyun günündə iki görüş baş tutacaq.

“Qarabağ” səfərdə autsayder “Kəpəz”lə qarşılaşıb. Oyun saat 15:00-da start götürüb.

Ağdam təmsilçisi çempionluq yolunda kritik xal itkisi ilə üzləşib. Komanda rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Misli Premyer Liqası
XXV tur

15:00. "Kəpəz" – "Qarabağ" 1:0

Qol: Fərid Nəbiyev, 45+1

Baş hakim: Əli Əliyev
Yevlax şəhər stadionu