DÇ-2026: Türkiyə "ölüm-qalım" matçına çıxır - YENİLƏNİR
20.06.2026 - 00:11
DÇ-2026: Türkiyə "ölüm-qalım" matçına çıxır - YENİLƏNİR

2026-cı il dünya çempionatının D qrupunda II turun növbəti oyunu keçiriləcək.

Apasport.az xəbər verir ki, Türkiyə millisi Paraqvayla üz-üzə gələcək.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 07:00-da start götürəcək.

Türkiyə yığması ilk turda Avstraliyaya 0:2 hesabı ilə məğlub olub. Paraqvay isə ABŞ-yə 1:4 hesabı ilə uduzub. Bu səbəbdən hər iki komanda pley-off şanslarını qorumaq üçün mütləq qələbə qazanmalıdır. 

Türkiyə millisi mundiallarda Paraqvayla ilk dəfə qarşılaşacaq. Montellanın komandası məğlub olacağı təqdirdə qrupdan çıxmaq şansını xeyli çətinləşdirəcək.

DÇ-2026

D qrupu, II tur 20 iyun

07:00. Türkiyə – Paraqvay

NRG Stadium (Hyuston)