2026-cı il dünya çempionatında bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçiriləcək.
Apasport.az xəbər verir ki, pley-off mərhələsində Braziliya və Yaponiya milliləri üz-üzə gələcək.
Qarşılaşma ABŞ-ın Hyuston şəhərindəki “Hyuston Stadionu”nda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bu cütün qalibi 1/8 final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, oyun FIFA-nın rəsmi təqviminə əsasən iyunun 29-da keçiriləcək.
DÇ-2026
1/16 final
29 iyun
21:00. Braziliya – Yaponiya
Braziliya: Alisson, Danilo, Markinyos, Qabriel, Duqlas Santos, Bruno Gimarayeş, Kazemiro, Lukas Paketa, Rayan, Kunya, Vinisius Junior
Yaponiya: Suzuki, İto, Taniquçi, Tomiyasu, Nakamura, Kamada, Sano, Doan, Maeda, İto, Ueda