DÇ-2026: Almaniya Paraqvaya qarşı - YENİLƏNİR
29.06.2026 - 19:23
DÇ-2026: Almaniya Paraqvaya qarşı - YENİLƏNİR

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçiriləcək.

Apasport.az xəbər verir ki, pley-off mərhələsində Almaniya və Paraqvay milliləri üz-üzə gələcək.

Qarşılaşma ABŞ-ın Foksboro şəhərindəki “Boston Stadionu”nda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.

Bu cütün qalibi 1/8 final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, oyun FIFA-nın rəsmi təqviminə əsasən iyunun 29-da keçiriləcək.

DÇ-2026
1/16 final
30 iyun
00:30. Almaniya – Paraqvay