Di Mariya “Yuventus”u tərk edəcək
25.05.2023 - 21:08

“Yuventus” Anhel Di Mariyanın gələcəyi ilə bağlı qərar verib.
Apasport.az saytı xəbər verir ki, komanda argentinalı futbolçu ilə yolları ayıracaq.
Az əvvəl tərəflər arasında müqavilə müddətinin artırılması barədə razılıq əldə edilsə də, “Yuventus” strategiyanı dəyişib. Hesabından xal silinən və Avropa kuboklarında iştirakı sual altına düşən klub rəhbərliyi yeni transfer layihəsi hazırlayacaq.
Qeyd edək ki, ötən yayda “Yuve”yə keçən Di Mariya A seriyasında 4 qol və 4 ötürmə ilə yadda qalıb.
- Filip İvanoviç: "Renduliç qrup mərhələsinə çatmağın düzgün formulunu bilir" - Müsahibə
- Ronaldo La Liqa klubunun səhmlərini almaq istəyir
- Krakov-2023: Yığmamızdan məğlubiyyətlə start - YENİLƏNİB
- Premyer Liqa klubu "Mançester Siti"dən Qrilişi almaq istəyir
- Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
0
0