“Dinamo” Sumqayıtda xalsız qaldı
03.10.2024 - 22:50
Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda UEFA Konfrans Liqasının Liqa mərhələsinin oyunu keçirilib.
Apasport.az xəbər verir ki, Belarusun "Dinamo" (Minsk) və Şotlandiyanın "Harts" kollektivləri Sumqayıtda üz-üzə gəliblər.
Görüş minsklilərin üstünlüyü ilə başlayıb. Lakin qonaqlar oyunda dönüş yaradaraq 2:1 hesablı qələbə qazanıb.
Buna səbəb UEFA-nın Belarusa tətbiq etdiyi sanksiyadır. Həmin qərara əsasən, Minsk təmsilçisi Liqa mərhələsindəki ev oyunlarını öz ölkəsində keçirə bilməz.
Qeyd edək ki, qarşılaşma azarkeşsiz keçirilib.
- "Vugar Gashimov Memorial-2022": İkinci günün nəticələri
- Paris-2024 Yay Olimpiya Oyunlarına hakimlər Bakıdakı dünya çempionatında seçiləcək
- UFC Bakı Gecəsinin ulduzu Camal Hill artıq paytaxtdadır!
- ABL: Bu gün daha 2 oyun baş tutacaq
- AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etmədi
0
0