Dünya çempionatında 68 ildən sonra ilk: Bir gündə 4 heç-heçə
16.06.2026 - 11:33
Dünya çempionatında 68 ildən sonra ilk: Bir gündə 4 heç-heçə

DÇ-2026-da tarixi göstərici qeydə alınıb.

Apasport.az xəbər verir ki, iyunun 15-də keçirilən oyun gününün bütün matçları heç-heçə başa çatıb.

Günün 4 qarşılaşmasında qalib müəyyənləşməyib.

Dünya çempionatları tarixində yalnız bir dəfə bir oyun günündə 4 heç-heçə qeydə alınmışdı. Bu, 1958-ci ildə baş verib. Həmin gün ümumilikdə 8 matç keçirilmişdi.

Qeyd edək ki, oyun günündə İspaniya - Kabo Verde (0:0), Belçika - Misir (1:1), Uruqvay - Səudiyyə Ərəbistanı (1:1) və İran - Yeni Zellandiya (2:2) oyunları baş tutub.