21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakıda Bolqarıstan yığması ilə keçirilən oyundan (1:1) sonra fikirlərini bildirib:
Apasport.az xəbər verir ki, o, komandanın oyunundan razı qaldığını söyləyib.
"Oyunu yüksək qiymətləndirirəm. Matça yaxşı hazırlaşmışdıq, məşqlərdə verilən tapşırıqları futbolçular maksimum şəkildə yerinə yetirməyə çalışdılar. Oyunçularımız sona qədər döyüşdülər. Düzdür, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Ancaq qazanılan 1 xalı da yaxşı nəticə hesab edirik".
Qeyd edək ki, U-21 millimiz növbəti matçını oktyabrın 10-da səfərdə Çexiya yığmasına qarşı keçirəcək.
- “Qarabağ”ın “Şkendiya” ilə matçlarının hakimləri müəyyənləşib
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- Baxşıyev Yunanıstanda jurnalistlərin suallarını cavablandıracaq
- Ukraynalı futbolçuya 30 milyon qiymət qoyuldu
- "Borussiya" ulduz futbolçusuna 50 milyon avro qiymət qoyub