Fransa yığmasının daha bir futbolçusu DÇ-2022-ni buraxacaq
19.10.2022 - 09:44
“Lion”un yarımmüdafiəçisi Korentin Tolisso Fransa Liqa1-nin XI turunda “Renn”lə oyunda (2:3) zədələnib.
Apasport.az saytının məlumatına görə, bu üzdən futbolçu DÇ-2022-ni buraxmalı olacaq.
Tibbi müayinədən sonra Fransa millisinin üzvünə sol bud nahiyəsindən zədə diaqnozu qoyulub. 28 yaşlı hücumameyilli oyunçu bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.
Ona qədər isə Fransa yığmasının digər yarımmüdafiəçisi Nqolo Kantenin də zədə səbəbindən mundialı buraxacağı açıqlanıb.
Qeyd edək ki, Qətərdə keçiriləcək DÇ-2022 noyabrın 20-də start götürəcək.
- "Qəbələ"nin baş məşqçisi: "Komandamdan razı qaldım"
- Almaniya Bundesliqası 1-ci, Azərbaycan Premyer Liqası 37-ci sırada
- Premyer Liqa klubları Fransa millisinin üzvü ilə maraqlanırlar
- Azərbaycanın altı çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində iştirak edəcək
- DÇ-2026: Uruqvay - İspaniya - Heyətlər
0
0